Menu

Türkiyə növbədənkənar parlament seçkilərinə hazırdır

14.08.2015, 13:33
Türkiyə növbədənkənar parlament seçkilərinə hazırdır

Türkiyə növbədənkənar parlament seçkilərinə hazırdır.

Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata əsasən, bu barədə Türkiyənin Mərkəzi Seçki Komitəsinin (YSK) başçısı Sədi Güvən deyib.

O bildirib ki, Türkiyədə növbədənkənar parlament seçkilərinin 90 gün ərzində keçiriləcəyi gözlənilir.

S.Güvən həmçinin qeyd edib ki, YSK növbədənkənar parlament seçkilərinin dəqiq vaxtını elan etmək üçün Türkiyə parlamentinin son qərarını gözləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol