Menu

ABŞ rəsmisi 70 il sonra Kubaya getdi

14.08.2015, 16:25
ABŞ rəsmisi 70 il sonra Kubaya getdi

Yarım əsr əvvəl Kubada endirilən ABŞ bayrağı bu gün yenidən qaldırılacaq.

ABŞ-ın dövlət katibi Con Kerri 70 il sonra bu gün ilk dəfə Kubaya rəsmi səfərə gedib.

Anspress-in məlumatına görə, o, Kubanın paytaxtı Havanada bərpa edilmiş ABŞ səfirliyində ölkəsinin bayrağını qaldıracaq. "Reuters" agentliyi bunu tarixi hadisə adlandırıb və bildirilib ki, bu, soyuq müharibə dövründən indiyədək iki barışmaz düşmən arasındakı münasibətlərin yumşalmasına imkan yarada bilər.

ABŞ və Kuba cəmi 4 həftə əvvəl rəsmi olaraq diplomatik münasibətləri bərpa edib. Kubanın bayrağı Vaşinqtonda iyulun 20-də qaldırılıb. Amma Con Kerri gərgin iş qrafikinə görə, bu günədək Kubaya getməyə vaxt tapmırdı. Sonuncu dəfə ABŞ-ın rəsmi şəxsləri Kubaya 1945-ci ildə getmişdilər.

Səfəri zamanı Con Kerrini köməkçiləri, Konqress üzvləri, və 3 amerikalı dəniz piyada əsgəri müşayiət edəcək. Bayrağın qaldırılmasında sonuncuların iştirakı da rəmzi xarakter daşıyır. Çünki 1961-ci ilin yanvarında məhz ABŞ dəniz piyada əsgərləri ABŞ səfirliyindəki bayrağı endirmişdilər. 1961-1977-ci illər arasında ABŞ və Kuba səfirlikləri bağlı olub. 1977-ci ildən sonra isə onlar "ölkə maraqlarına xidmət edən qurumlar" kimi fəaliyyət göstərməyə başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol