Menu

İrandan Azərbaycan tiryək keçirmək istəyən şəxs saxlanıldı

14.08.2015, 17:09
İrandan Azərbaycan tiryək keçirmək istəyən şəxs saxlanıldı

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı Elsivən Əliyevin üzərində şəxsi yoxlama zamanı ondan 2 ədəd bükümdə, ümumi xalis çəkisi 13,71 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı təhqiqat aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol