Menu

Rubl yenə çökür

15.08.2015, 09:09
Rubl yenə çökür

Fevraldan bəri avro rubla nisbətdə ən yüksək həddə çatıb

Rusiya Mərkəzi Bankının həftəsonu üçün müəyyən etdiyi rəsmi məzənnəsinə görə 1 dollar 64,93 rubla bərabərdir.

Anspress-in məlumatına görə, bu daha öncəki kursdan 0.93 rubl artıqdır.

Avronun dəyəri isə 1,21 rubla artaraq 72,36 səviyyəsində qərarlaşıb. Bu fevral ayından bəri rekord səviyyədir.

Dollar və avro rublun düşüşünü arzu tutaraq izləyir (Karikatura: )

Rubl dəyərini neftin ucuzlaşması fonunda itirir. Beynəxalq Energetika Agentliyi neft qiymətlərinin aşağı düşməsini istehsalın artması ilə əlaqələndirir. Məlumata əsasən, qlobal tələbat gündə 93,13 mln. barrel civarında qalır. Bu arada dünya bazarlarında təklif səviyyəsi 96,39 mln barrelə çatıb.

Neft qiymətlərindən kəskin asılı olan rubl

Ümumiyyətlə, Dünya Bankının proqnozu 2016-cı ildə “qara qızılın” bir barrelinin 10 dollara gədər ucuzlaşacağını vəd edir. Belə ki, neft hasilatının həcmi sutka ərzində 1 milyon barrel artacaq ki, bu da öz növbəsində qiymətə təsir göstərəcək. Yeni xammalın axını dünya bazarında qiymətləri 14% aşağı salacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol