Menu

“Yanukoviçin bank hesablarını dondurun”

24.01.2014, 19:02
“Yanukoviçin bank hesablarını dondurun”

Ukrayna əsilli tarixçı Aleksandr Motıl ABŞ-ın World Affairs saytında Ukraynada baş verən hadisələrin əvvəlcədən proqnozlaşdırılmasının mümkünlüyünü iddia edən məqaləsində aşağıdakıları qeyd edir:

“Hər şey öncədən bəlli idi. Necə ola bilər ki, tamahkar “Sultanın” quldur rejimi sistematik soyğunçuluqdan yorulmuş xalqın içərisində həyəcan təxribatı yaratmasın? Müəyyən bir vaxtdan sonra yorulmuş və cana doymuş insanların ayağa qalxacağını bilmək üçün inqlab və üsyan üzrə expert olmağa ehtiyac belə yoxdur. Zorakılığa meyilli olan “Sultan” öz bildiyi kimi hərəkət edəcək. Yanukoviç hesab edir ki, müxalifətin boynuna ip keçirəcək. Ancaq Yanukoviç ipin yalnız onun öz boynuna keçiriləcəyini unudur.”

Aleksandr Motıl Avropa siyasətçilərinə xitabən isə bunları yazır: “Əgər siz qonşuluğunuzdakı ölkədə qan tökülməsinın və vətəndaş müharibəsinin qarşısını almaq istəyirsininzsə, bunu çox asanlıqla həyata keçirə bilərsininz. Quldur Yanukoviç özünün bütün bank hesablarını və daşınmaz əmlak aktivlərini sizin ölkələrdə yerləşdirib. Sadəcə olaraq onları durdurun.”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol