Menu

ABŞ-ın Ermənistan səfirliyində bomba həyəcanı

15.08.2015, 15:59
ABŞ-ın Ermənistan səfirliyində bomba həyəcanı

Bu gün ABŞ-ın Ermənistandakı səfirliyində bomba həyəcanı yaşanıb. Musavat.com erməni informasiya qaynağına istinadən verdiyi məlumatına görə, naməlum şəxs zəng edərək diplomatik korpusun binasına bomba qoyulduğunu bildirib.

Zəng yerli vaxtla 11.54-də daxil olub. Hadisə yerinə operativ qrup gəlib və binanı yoxlayıb. Lakin partlayıcı maddə aşkar edilməyib.

Zəng edənin kimliyi barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol