Xarici KİV-in məlumatına görə, Şimali Koreya Amerika Birləşmiş Ştatlarını (ABŞ) «əvvəllər dünyaya məlum olmayan silah»la hədələyib. Amma bunun konkret nə silah olduğu barədə məlumat verilmir («Exo Moskvı»).
Şimali Koreyanın bu hədəsi Cənubi Koreyanın ABŞ-la keçirdiyi birgə illik hərbi təlimlərlə bağlıdır. Müttəfiqlər bəyan edirlər ki, təlimlər bölgənin müdafiəsi və Koreya yarımadasında sabitliyin qorunması məqsədlərinə xidmət edir.
Şimali Koreyada isə bu təlimləri ölkəyə bir hədə kimi qəbul edirlər.
AzPolitika.info


Şərhlər