Menu

İsrail və Belarus vizasız rejimə keçdilər

16.08.2015, 21:55
İsrail və Belarus vizasız rejimə keçdilər

İsrailin Nazirlər Kabineti Belarusla vizasız rejim haqqında anlaşmanın təsdiq edilməsi haqda qərar qəbul edib. Musavat.com-un məlumatına görə, bu barədə Naviny.by portalı xəbər verib.

“İsrail hökuməti Belarus Respublikası ilə vizasız rejim haqda razılaşmanı təsdiqləyib. Bu, o deməkdir ki, qısa zaman sonra İsrail və Belarus vətəndaşları viza sənədləri almadan bir-birinə qonaq və ya biznes işləri ilə bağlı gedə biləcəklər”, - deyə rəsmi xəbərdə qeyd edilir.

İki ölkə arasında vizasız gediş-gəlişlə bağlı hökumətlər arasında razılaşma sənədi ötən il sentyabrın 19-da imzalanmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol