Menu

DAHA BİR GENERALIN VƏZİFƏSİ DƏYİŞDİRİLDİ- Müdafiə Nazirliyində kadr dəyişikliyi

17.08.2015, 11:54
DAHA BİR GENERALIN VƏZİFƏSİ DƏYİŞDİRİLDİ- Müdafiə Nazirliyində kadr dəyişikliyi

Müdafiə Nazirliyində daha bir nəfər vəzifədən çıxarılıb. AzNews.az-a daxil olan məlumata görə, nazirliyin Kadrlar İdarəsinin rəisi, general-mayor Rasim Əliyev vəzifəsindən azad edilib.

General-mayor Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi vəzifəsinə gətirilib.

Məlumat üçün bildirək ki, sözügedən vəzifənin rəisi, polkovnik Rüfət Əmirov dünən bu vəzifədən çıxarılıb. O, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Rasim Əliyev 2014-cü ilin may ayında Kadrlar İdarəsinin rəisi təyin edilmişdi. Bundan əvvəl isə o, Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin rəisi postunda idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol