Menu

"Toyota" ilə traktor toqquşdu, traktorun sürücüsü öldü

17.08.2015, 12:12
"Toyota" ilə traktor toqquşdu, traktorun sürücüsü öldü

Qəza nəticəsində yanan "Toyota"nın sahibi ailəsi ilə birgə hadisə yerindən qaçıb.

Bakı- Quba- Rusiya Fedarasiyası maqistral yolunun Qusar rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

Anspress-in bölgə müxbirinin məlumatına görə, traktorla “Toyota” markalı avtomobil toqquşub. Nəticədə minik avtomobilində yanğın baş verib.

Yanan avtomobilin sürücüsü Tümen vilayətində yaşayan Rusiya vətəndaşı Xadiq Yaqub oğlu Osmanov və maşında olan ailə üzvləri ilə birgə taksiyə minərək hadisə yerindən uzaqlaşıb.

Traktorun sürücüsü Qusarın Düztahir kəndində müəllim işləyən 1956-cı il təvəllüdlü Əzimov Əzim isə qəza yerində dünyasını dəyişib.

Onun meyiti Qusar Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol