Malayziya rinqqitinin ucuzlaşması, 1998-ci ildə zamanın Baş naziri Mahatir Məhəmməd ilə hedc (hedge) fondunun rəhbəri Corc Soros arasındakı münaqişəni ("Soros böhranını") xatırladır.
Rinqqit dollar qarşısında ötən həftə 3.8 faiz geriləyib. Mərkəzi Bankın sədri Zeti Akhtar Aziz Cümə günü valyuta ehtiyatlarının bərpa olunmasının lazım olacağını söyləmişdi. Malayziyanın valyuta ehtiyatı 2010-dan bu yana ilk dəfə 100 milyard dollardan aşağı enib.
Malaziya Mərkəzi Bankı, pul vahidində sabit məzənnə rejiminin tətbiqini və ya kapital nəzarətlərinə başlanılması ehtimalını saf-çürük edir. 17 il əvvəl Malayziya valyuta məzənnəsindəki azalma ilə mübarizə etmək üçün bu həll yollarına müraciət etmişdi.
Mahatir həmin vaxt xarici investorları rinqqittin ucuzlşamasına səbəb olmaqda günahlandırmışdı. Mahatir, Sorosa vəziyyətdəki payına görə "axmaq" demişdi. /"marja"


Şərhlər