Menu

4 PKK terrorçusu məhv edildi

17.08.2015, 17:10
4 PKK terrorçusu məhv edildi

Türkiyənin Muş vilayətinin Varto rayonu ərazisində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı 4 PKK terrorçusu məhv edilib.

APA-nın “Milliyet”in saytına istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı əməliyyat haqqında açıqlama yayıb.

Açıqlamada bildirilir ki, avqustun 16-da saat 20.30-da jandarma ilə terrorçularla arasında baş vermiş atışmada 4 terrorçu öldürülüb. Bir terrorçu isə sağ ələ keçirilib, onun avtomobilində 9 ədəd “Kalaşnikov” avtomatı və 5 ədəd qumbaraatan aşkarlanaraq götürülüb.

Qeyd edək ki, terror təhlükəsi ilə əlaqədar Vartoda elan olunmuş komendant saatı bu gün səhər ləğv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol