Menu

Azərbaycan Gürcüstana 341 milyon dollar yatırıb

17.08.2015, 18:17
Azərbaycan Gürcüstana 341 milyon dollar yatırıb

Gürcüstanın Milli Statistika Xidmətinin (Qruzstat) dəqiqləşdirilmiş məlumatına əsasən, 2014-cü ildə Gürcüstana birbaşa xarici sərmayələrin həcmi 87% artıb.

Oxu.az “Biznes-Qruziya”ya istinadən xəbər verir ki, dərc edilmiş məlumata əsasən 2014-cü ildə Gürcüstanda həyata keçirilmiş birbaşa investisiyaların həcmi 1758 milyon dollardan ibarət olub, bu isə 2013-cü ildə olan göstəricidən 87% çoxdur.

Dəqiqləşdirilmiş məlumata əsasən 2014-cü ildə Gürcüstana daxil olan xarici investisiyaların axını 2873 milyon dollar təşkil edib.

Ümumi xarici investisiyalarda üç iri investor-ölkənin payı dəqiqləşdirilmiş məlumata əsasən 52%-dən ibarətdir.

“Qruzstat”ın məlumatına əsasən həyata keçirilmiş birbaşa xarici investisiyalara görə, birinci yerdə 21% ilə (374 milyon dollar) Niderland, ikinci yerdə 19% ilə (341 milyon dollar) Azərbaycan və üçüncü yerdə 12% ilə (218 milyon dollar) Çindir.

Birbaşa xarici investisiyalar ən çox rabitə sahəsinə qoyulub, bu sahəyə yatırılan 433,7 milyon dollar, ümumi birbaşa xarici investisiyaların 25%-ni təşkil edir. İkinci yeri inşaat sektoru tutur, bura 316,6 milyon dollar (18%) yatırılıb, üçüncü yerdə isə - 205, 4 milyon dollar (12%) sərmayənin yatırıldığı emal sənayesidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol