Menu

"Yanq Boyz" - "Qarabağ" oyununu rusiyalı hakimlər briqadası idarə edəcək

17.08.2015, 22:26
"Yanq Boyz" - "Qarabağ" oyununu rusiyalı hakimlər briqadası idarə edəcək

UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Yanq Boyz" - "Qarabağ" matçının hakimləri müəyyənləşib.

Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, görüş rusiyalı Vladislav Bezborodova həvalə olunub. Ona Nikolay Qolubev və Maksim Qavrilin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksey Eskov yerinə yetirəcək.

Maraqlıdı ki, öncədən qarşılaşmanı israilli hakim Alon Yefetin idarə etməsi gözlənilirdi.

Qeyd edək ki, "Yanq Boyz" - "Qarabağ" görüşü avqustun 20-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol