Menu

ABŞ «Petriot»larını Türkiyədən niyə çıxarır?

17.08.2015, 22:39
ABŞ «Petriot»larını Türkiyədən niyə çıxarır?

Xarici KİV-in məlumatına görə, ABŞ «Petriot» hava hücumundan müdafiə sistemlərini bu ilin oktyabrından başlayaraq Türkiyə ərazisindən çıxaracaq. Bunu amerikalı və türkiyəli nümayəndələr bəyan ediblər («Exo Moskvı»).

Bəyanatda deyilir ki, Amierikanın Türkiyədən çıxarılacaq «Petriot» sistemləri yenidən bölgədə böhran vəziyyəti yarandığı təqdirdə, bir həftə ərzində geriyə - Türkiəyə qaytarıla bilər. Bununla bərabər, Amerikanın hərbi gəmiləri Aralıq dənizində qalacaqlar və Türkiyənin müdafiə qabiliyyətini dəstəkləyəcəklər.

Məlumat üçün bildirək ki, ABŞ, Almaniya və bir sıra digər ölkələr «Petriot» batareyalarını 2013-cü ildə NATO üzrə müttəfiq olan bu ölkəni Suriya ərazilərindən mümkün raket zərbələrindən müdafiə etmək məqsədilə Türkiyə ərazisində yerləşdirmişdi.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol