Menu

Rusiyada sənaye məhsulları istehsalı kəskin azalıb

18.08.2015, 00:22
Rusiyada sənaye məhsulları istehsalı kəskin azalıb

Rusiya KİV-nin məlumatına görə 2015-ci ilin iyul ayı ərzində Rusiya Federasiyasında sənaye məhsulları istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 4,7 faiz azalıb. Azalmanın səviyyəsi cari ilin mayında 5,5 faiz, iyununda isə 4,8 faiz təşkil edib. Məlumatı bazar ertəsi Federal dövlət statistika xidməti yayıb (Rosbalt).

2015-ci ilin ilk 7 ayında ölkədə sənaye məhsulları istehsalı həcmi ilə hesablamaqla, 3,0 faiz azalıb (birinci yarımillikdəki 2,7 faizlik azalmadan sonra).

«Rosstat»-ın məlumatına görə, yanvar-iyul ayları ərzində faydalı qazıntıların çıxarılması həcmi ötəni ilin analoji dövrü ilə müqayisədə 0,1 faiz artıb. Emal sənayesində istehsalın həcmi ilə hesablamaqla, 4,9 faiz azalıb. Elektrik enerjisinin, qazın və suyun istehsalı və paylanması həcmləri isə 0,2 faiz enib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol