Menu

Almaniya kürdlərə silah verdiyini təkzib etmədi

18.08.2015, 12:57
Almaniya kürdlərə silah verdiyini təkzib etmədi

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Martin Şaefer peşmərgəyə göndərilən silahların PKK-nın əlinə keçməsi ilə bağlı yayılan iddiaları cavablandırıb.

Axar.az xəbər verir ki, nazirlik sözçüsü yayılan məlumatı təkzib etməyib:

“Mən bunu nə təsdiq, nə də inkar edə bilərəm. Biz İŞİD-lə mübarizə məqsədi ilə peşmərgəyə silah göndəririk. Əgər silahlar bu məqsədlə istifadə olunmursa, regional hökumətlə danışıqlar zamanı gündəmə gətirilir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol