Menu

Ermənistan Qarabağ separatçılarına 20 milyon dollar kredit verəcək

18.08.2015, 13:19
Ermənistan Qarabağ separatçılarına 20 milyon dollar kredit verəcək

Ermənistan hökuməti qondarma Dağlıq Qarabağ “hökuməti”nə 9 milyard 600 milyon dram (indiki kursla 20,1 milyon dollar) kredit verəcək.

Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu haqda qərar Ermənistan Nazirlər Kabinetinin avqustun 18-də keçirilən iclasında qəbul edilib.

Maliyyə nazirinin müavini Armen Alaverdyan bəyan edib ki, vəsait 2020-ci il sentyabrın 10-dək qaytarılmaq şərti ilə 2015-ci ilin üçüncü rübündə veriləcək. Kreditin qaytarılmasına bu ilin dekabr ayından başlanılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol