Shell Şimal Qütbü üçün razılıq aldı
"Marja" xəbər verir ki, dünyanın aparıcı neft və qaz şirkətlərindən biri olan Royal Dutch Shell, Şimal Qütbündə okean dibində qazma əməliyyataları aparmaq üçün razılıq alıb. Mütəxəssislər, dünyada hələ kəşf edilməmiş neft və təbii qaz ehtiyatının 20%-dən çoxunun Şimal Qütb Bölgəsində olduğunu təxmin edir.
ABŞ-ın Təhlükəsizlik və Ekologiya Bürosu, Shell-ə Alyaskanın şimal-qərb sahili ərazisində qazma işləri aparmasına icazə verib. Bürodan bildiriblər ki Shell-in fəaliyyəti davamlı nəzarətdə saxlanılacaqdır.
Ekoloqlar isə qazmaların bölgəyə zərər verəcəyini bildirirlər.
Shell Şimal Qütb Bölgəsindəki neft və təbii qaz araşdırmalarına 10 ildə 7 milyard dollar xərcləyib. Şirkət bölgənin böyük bir potensiala malik olduğuna inanır.
Shell-ə qazma əməliyyatları üçün razılıq verilməsi gələcəkdə qlobal neft hasilatının yüksək qala biləcəyinə işarə edir. Bu da qiymətlərin daha da aşağı düşməsinə səbəb ola bilər.
Neft qiymətləri ABŞ-da yay mövsümünün sonunun yaxınlaşması, Asiya iqtisadiyyatlarının zəifləməsi və yüksək qlobal hasilatın qalmasl ilə əlaqədar bu gün də ucuzlaşıb.
ABŞ xam neftinin barrelinin qiyməti 0,8% aşağı düşərək 41.50 dollara, Brent xam neftin barrelinin qiyməti isə 0,7% azalma ilə 48.35 dollar olub.


Şərhlər