Rusiya KİV-nin məlumatına görə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin rusiyalıları ölkə iqtisadiyyatı sarıdan narahatlıq keçirməməyə çağırıb («Exo Moskvı»).
«Hökumət bununla saatbasaatlıq rejimdə məşğul olur» - deyə, prezident qeyd edib. RİA Novosti agentliyinin xəbərinə görə, Putin əlavə edib ki, ölkə rəhbərliyi heç nəyi diqqətdən qaçırmır və rublun məzənnəsi ilə bağlı vəziyyətə hər şeydən əvvəl diqqət yetirir və əhəmiyyət verir.
Vladimir Putin özü, baş nazir Dmitri Medvedyev və Rusiya rəhbərliyinin digər nümayəndələri hazırda Krımda işgüzar səfərdədir.
AzPolitika.info


Şərhlər