Menu

Hillari Klinton Arktikada neft-qaz çıxarmağın əleyhinə çıxış edib

18.08.2015, 23:30
Hillari Klinton Arktikada neft-qaz çıxarmağın əleyhinə çıxış edib

Xarici KİV-in yaydığı məlumata görə, Hillar Klinton Arktika qitəsində neft və qaz çıxarılmasının əleyhinə çıxış edib («Exo Moskvı»).

ABŞ-ın eks-dövlət katibi və ABŞ Demokratlar partiyasından prezidentliyə ən real namizəd özünün «Tvitter» səhifəsində yazıb ki, Arktika unikal bir xəzinədir: «Şimal Buzlu okean şelfində qazma işlərinin aparılması ətraf mühitin çirklənməsi təhlükəsi yaradır» - deyə, xanım Klinton əlavə edib.

Xəbər verildiyi kimi, bu həftə Ağ Ev «Royal Dutch Shell» şirkətinə Arktikada qazma işləri aparmaq üçün icazə verib. Şirkətin nümayəndələri ərazidə mümkün ekoloji fəlakətin qarşısının alınması üçün əlavə tədbirlərin görüldüyünü bildirirlər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol