Menu

​Əfqanıstanda məhkəmənin 4 hakimi qaçırıldı

19.08.2015, 13:11
​Əfqanıstanda məhkəmənin 4 hakimi qaçırıldı

Əfqanıstanda Apelyasiya Məhkəməsinin 4 hakimi silahlılar tərəfindən qaçırılıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu yerli polisin təmsilçisi Amanuddin Aman bildirib.

Hadisə ölkənin paytaxtı Kabul şəhərindən 350 km şimalda, Sari-Pol və Cauzcan əyalətlərini birləşdirən yolda baş verib. Silahlılar hakimlərin olduğu avtomobilə basqın edərək onları qaçırıblar.

A.Aman onları "Taliban" hərəkatının oğurladığını ehtimal edir: "Hakimlərin taleyi və saxlanıldığı yer barədə məlumat yoxdur".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol