Rusiya KİV-nin məlumatına görə, qətlə yetirilmiş siyasətçi Boris Nemtsovun qızı Janna Nemtsova Çeçenistanın başçısı Ramzan Kadırovu dindirməkdən imtina etdiklərinə görə, qətl işinin istintaqını aparan müstəntiqlərdən şikayət verib. Bu barədə məlumatı vəkil Vadim Proxorov yayıb (TASS).
Vəkilin sözlərinə görə, Nemtsovun qohumları İstintaq Komitəsinin vəzifəli şəxslərinin fəaliyyətsizliyinin qeyri-qanuni olduğunu elan etmək üçün məhkəməyə müraciət ediblər.
Qohumlar hesab edirlər ki, İstintaq Komitəsinin müstəntiqləri qətlin sifarişçilərini və təşkilatçılarını müəyyən etməkdən yayınırlar.
AzPolitika.info


Şərhlər