Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ukraynadakı səfirliyinin verdiyi məlumata görə, ABŞ-ın rəsmi nümayəndələri Jitomirdə hərbi-səhra höspitalının təntənəli açılış mərasimini keçirib (Rosbalt).
«Bu gün ABŞ rəsmi olaraq, 7,6 milyon dollar dəyərində olan hərbi-səhra ekspedisiya höspitalını təntənəli surətdə Ukrayna hökumətinə təhvil verdi. Bəxşişdə məqsəd Ukraynanın şərqində əsgərlərin, yaralıların... müalicəsi istiqamətində ölkənin bacarıqlarının yaxşılaşdırılmasından ibarətdir» - deyə, xəbər verilir.
EMEVS (Tibbi dəstəyin ekspedisiya sistemi) hərbi-səhra höspitalı yüngül, kompakt reanimasiya qurğusundan ibarətdir ki, onu təcili tibbi yardım göstərmək üçün geniş spektrli hərbi əməliyyatlar rayonunda yerləşdirmək mümkündür.
Hospital 30 həkim və köməkçi tibb işçisi üçün nəzərdə tutulub və 3 min hərbçiyə tibbi yardım göstərə bilər. Dörd palatkadan ibarətdir və 24 saat ərzində qurula bilir. Kənardan təchizat olmadan 10 gün muxtar (avtonom) fəaliyyət göstərmək gücünə malikdir.
Bundan əvvəl xəbər verilmişdi ki, Ukrayna ordusunun təchizatını yaxşılaşdırmaq məqsədilə, ABŞ Konqresi 120,0 milyon dollar vəsait ayrılması planını təsdiqləyib.
AzPolitika.info


Şərhlər