Menu

"Neftin 30-40 dollar səviyyəsinə adaptasiya olmaq lazımdır" - Nazarbayev

19.08.2015, 17:37

Nursultan NazarbayevNeftin və metalların ucuzlaşması, habelə Rusiya və Çin tərəfindən Qazaxıstan məhsullarına marağın azalması ölkə iqtisadiyyatına olduqca mənfi təsir göstərir.

"APA-Economics" xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib.

Onun sözlərinə görə, "mövcud iqtisadi reallığı nəzərə alaraq, neftin bir barelinin qiymətinin 30-40 dollar səviyyəsində olacağına adaptasiya olmaq lazımdır".

Ölkə başçısı bildirib ki, neftin və metalların aşağı səviyyədə olan qiymətləri 5 il ərzində qorunacaq. "Bu dövr ərzində inkişafda olan ölkələrin investisiya və kapitala çıxışı məhdud səviyyədə olacaq", - deyə prezident qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol