ABŞ prezidentliyinə namizəd, respublikaçı milyarder Donald Tramp prezident seçki yarışının lideri, sabiq dövlət katibi Hillari Klintona sürətlə yaxınlaşmaqdadır.
Musavat.com-un xarici informasiya qaynağına istinadən verdiyi xəbərə görə, iyul ayında Tramp prezidentliyə respublikaçı iddiaçılar arasında liderlik edib.
Hazırda o, özünün əsas rəqibi Hillari Klintondan cəmi 6 xal geri qalır. Sorğulara əsasən, cəmi bir ay öncə bu fərq 16 xal olub.
Bildirilir ki, respublikaçı seçicilərin 67%-i iyul ayında Donald Trampı dəstəkləyib. Hazırda isə onların 79%-nin rəğbəti onun tərəfindədir.
Sorğulara görə, Trampın əsas elektoratını kişilər təşkil edir – 53%. Onların arasında da ağdərili seçicilər üstünlük təşkil edir – 55%.
Xatırladaq ki, milyarder iddiaçı öz seçki kampaniyasına 1 milyard dollar xərcləməyə hazır olduğunu bəyan edib.


Şərhlər