Menu

Gürcüstan Rusiyanı ittiham edir

19.08.2015, 19:31
Gürcüstan Rusiyanı ittiham edir

Gürcüstan prezidenti Giorgi Margvelaşvili Rusiyanın separatçı Abxaziya və Cənubi Osetiya bölgələrində keçirdiyi hərbi təlimləri ittiham edib.

Prezidentin xarici məsələlər üzrə köməkçisi Теngiz Pkhalaze avqustun 19-da bildirib ki, dövlət başçısı bu fakta qiymət vermək üçün beynəlxalq aləmə müraciət etmək fikrindədir.

Qeyd edək ki, Rusiya 2008-ci ilin avqustunda Gürcüstanla qısa müharibədən sonra onun separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıyıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol