NATO “soyuq müharibə” dövründən üzübəri Avropada ən böyük təlimlərə başlayıb.Musavat.com xəbər verir ki, “soyuq müharibə” dövründən sonra NATO Avropada hərbi hava qüvvələri üçün ən irimiqyaslı təlimlər keçirir.
13 gün davam edəcək bu təlimlərdə Bolqarıstan, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Hollandiya, Polşa, Portuqaliya, İspaniya, Böyük Britaniya və ABŞ-dan 4.8 min əsgər iştirak edir.
Təlimin əsas hissəsi Almaniyanın Xoenfels şəhərində yerləşən məşq bazasında baş tutacaq. Avqustun 26-da həmin bazaya hərbi təyyarələrdən minlərlə paraşütçü tullanacaq.
Qeyd edək ki, NATO bundan başqa sentyabrın 11-dən 22-nə qədər Hərbi Dəniz Qüvvələrinin də təlimini keçirməyi planlaşdırır.


Şərhlər