Ukraynada vəziyyət gərgin olaraq qalır. Hal-hazırda ölkənin qərb tərəfindəki Lvov, Rovno, İvano-Frankovski, Çernovçı, Xmelnitski, Çerniqov,Ternopol vilayətlərinin inzibati mərkəzləri müxalif nümayişçilər tərəfindən zəbt edilib. Kiyev vilayətində polis bölməsi yandırılıb və Kiyev şəhərinin Qoloseyevski rayonunda isə bir polis qətlə yetirilib.
Müxalifətin “Batkevşina” partiyasının ştab–qərərgahından verilən məlumata görə, Viktor Yanukoviç ölkədə fövqəladə vəziyyət elan etməyə hazırlaşır. ”Batkevşina”dan olan ölkənin keçmiş müdafiə naziri Anatoliy Griçenko leqal silahı olan vətəndaşları Maydanın müdafiəsinə çağırıb.


Şərhlər