İŞİD terror təşkilatının türkcə yayımlanan saytı “Darülhilafe” və saytın rəsmi Tvitter hesabı bağlanıb.
Modern.az xəbər verir ki,Türkiyə Rabitə Nazirliyindən verilən məlumatda İŞİD-in saytının “terror təşkilatına dəstək verdiyinə görə” bağlandığı bildirilib.
Qeyd edək ki, Türkiyə İŞİD-ə aid saytları daha əvvəl bağlasa da, təşkilat başqa adlarla yeni saytlar açaraq internet üzərindən fəaliyyətini davam etdirmişdi.
İŞİD-in türkcə yayımlanan saytı təşkilatın mərkəzi olan Rakkadan idarə edilir.


Şərhlər