Menu

“Uuşaqlar əllərindən gələni etdilər” - Roman Qriqorçuk

21.08.2015, 00:32
“Uuşaqlar əllərindən gələni etdilər” - Roman Qriqorçuk

Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçiriləcək.Qol.Az-ın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən “Qəbələ” də növbəti matçına çıxıb.

Roman Qriqorçukun komandası Bakıda Yunanıstanın “Panatinaikos” klubunu qəbul edib. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 27-i keçiriləcək.

Xatırladaq ki, “Qəbələ” pley-off mərhələsinə qədər ardıcıl olaraq “Dinamo” (Gürcüstan), “Çukariçki” (Serbiya) və “Apollon”u (Kipr) mübarizədən kənaralaşdırıb.

“Daha yaxşı oynamaq istərdik. Amma bu da pis deyil”.Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Panatinaikos”u qəbul edən “qırmızı-qaralar” meydançadan qolsuz bərabərliklə ayrılıb. Ukraynalı mütəxəssis qarşılaşmadan sonra keçirilən mətbuat konfransında görüşlə bağlı fikrilərini bildirib:“Çox qol epizodumuz olmadı. Amma uşaqlar əllərindən gələni etdilər. Mən daha çox ilk hissənin ikinci dövrəsindəki mübarizədən məmnun qaldım. Antonov taktiki cəhətdən gözəl oyun nümayiş etdirdi”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol