Menu

Pentaqon Türkiyəni İŞİD ilə mübarizəni gücləndirməyə çağırdı

21.08.2015, 09:48
Pentaqon Türkiyəni İŞİD ilə mübarizəni gücləndirməyə çağırdı

Pentaqonun rəhbəri Eşton Karter Türkiyənin “İslam Dövləti” (İŞİD) qruplaşmasının yaraqlıları ilə mübarizəyə qoşulmasının vacibliyini bəyan edib. Bu barədə Reuters məlumat yayıb.

“Biz istəyirik ki, Türkiyə İŞİD ilə mübarizədə daha çox şey etsin. O, antiterror əməliyyatına qoşulmalı və orada iştirak etməlidirlər”, - o, deyib.

Oxu.Az xəbər verir ki, Karter eləcə də qeyd edib ki, Türkiyə regionda sərhəd ölkə kimi mühüm rol oynayır. NATO üzvü olan bu ölkə, Suriya və İraq ilə sərhəd boyu nəzarəti gücləndirməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol