Xarici KİV-in məlumatına görə, Meksikanın narkopolisi cinayətkarı saxlayan zaman Meksikadan ABŞ-a aparan 46 metrlik sualtı tunel aşkarlayıb. Məlumatı «Fox News»yayıb (Rosbalt).
Narkocinayətkarlar narkotik vasitələri ABŞ-a keçirmək üçün bu tuneldən istifadə edirmişlər.
Akvalanq (Akvalanq - yüngül sualtı nəfəsalma qurğusudur - red.) geyinmiş 28 faşlı Evelio Padili saxlanarkən onun üzərindən 25 ədəd hermetik qablaşdırılmış narkotik paketi tapılıb və məhz bu zaman tunelin mövcudluğu üzə çıxıb.
«Qaçaqmalçılar öz məhsullarını satmaq üçün bütün üsullardan istifadə edirlər - hətta sualtı tuneldən də. Onların ixtiraçılığı yalnız bizim onları dayandırmaq əzmimizlə müqayisə oluna bilər» - deyə, ABŞ prokuroru Lora Daffi qeyd edib.
Bundan əvvəl Meksika hökuməti məşhur narkobaron «Bəstəboy» ləqəbli Xoakin Qusman Loeranın həbsxana kamerasından qaçdığı tuneli nümayiş etdirmişdi.
AzPolitika.info


Şərhlər