Menu

Müharibədə hər-hansı qardaş xalqlar olmur! - Poroşenko

21.08.2015, 15:39
Müharibədə hər-hansı qardaş xalqlar olmur! - Poroşenko

Xarici KİV-in məlumatına görə, Ukrayna Prezidenti Pyotr Poroşenko tanınmış ictimai xadimlərlə diskussiyalar zamanı deyib ki, müharibə vaxtı xalqların qardaşlığı mümkün deyil (Rosbalt).

«112.ua»-nın xəbərinə görə, Ukraynanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yuri Şerbak ukraynalıların və rusların guya vahid xalq olması barədə Rusiya hakimiyyətinin uydurmuş olduğu «mifologem»in, o cümlədən, guya «Ukrayna xarici dairələrin idarəetməsi altındadır» kimi cəfəngiyyatın «taxt-tacdan salınması»nın vacibliyini qeyd edib.

Poroşenko isə buna reaksiya verib və deyib: «Siz «onluğa» vurdunuz. Müharibə vaxtı bizdə hər-hansı qardaş xalqlar yoxdur. Ukrayna xalqı var və o, Avropaya can atır. Bir də Rusiya xalqı var ki, dərin böhran içindədir».

Xəbər verildiyi kimi, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə qeyd edib ki, Rusiya və Ukrayna xalqlarını vahid xalq hesab edir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol