Menu

"Lukoyl" Qazaxıstandakı səhmlərini satır

21.08.2015, 16:30
"Lukoyl" Qazaxıstandakı səhmlərini satır

Rusiyanın “Lukoyl” şirkəti Qazaxıstandakı səhimlərinin bir qismini Çinin “Sinopec” enerji şirkətinə satıb.

Şirkət səhmlərin qiymətinin ümumilikdə 1,09 milyard dollar civarında olduğunu bildirir.

Amma buna baxmayaraq “Lukoyl” Rusiyanın Qazaxıstan bazarında ən böyük oyunçusu olaraq qalır.

“Lukoyl” və “Sinopec” şirkətləri ötən il 1,2 milyard dollarlıq müqavilə imzalayıblar.

Rusiyanın rəhbərlik etdiyi gömrük ittifaqına daxil olan Qazaxıstan Moskvanın nüfuz dairəsindədir.

Qazaxıstan neft ehtiyatlarına görə dünyada ən böyük ölkələrdən biridir. /"Azadlıq" radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol