Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirli bilinən Rəşad Əliyev, İdris Abdullayev, Giorgi Kurtanidze, Fikrət Əliyev və Əli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Fikrət Əliyev 12 il, İdris Abdullayev 10 il, Giorgi Kurtanidze 11 il 6 ay, Əli Əliyev 9 il, Rəşad Əliyev 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, ötən ilin mayın 28-də M.Seyidov küçəsində yaşayan Nəzakət Nəsibovanın mənzilindən, qapının kilidini sındırmaqla qızıl-zinət əşyaları oğurlanıb. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 28-ci polis bölməsi və Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Babək rayon sakinləri, 1963-cü il təvəllüdlü Fikrət Əliyev və 1985-ci il təvəllüdlü Əli Əliyev tutulub. Istintaq dövründə dəstənin digər üzvləri də həbs olunub


Şərhlər