Menu

Yunanıstan-Makedoniya sərhədində miqrantları gözyaşardıcı qaza «qonaq etdilər»!

22.08.2015, 00:12
Yunanıstan-Makedoniya sərhədində miqrantları gözyaşardıcı qaza «qonaq etdilər»!

Xarici KİV-lərin məlumatına görə, Yunanıstan-Makedoniya sərhədində qeyri-leqal miqrantları (qaçqınları) gözyaşardığı qazla qovublar. Xəsarət alanların olduğu bildirilir («Exo Moskvı»).

Yayılan xəbərlərdə deyilir ki, gücləndirilmiş polis dəstələri və sərhədboyu çəkilmiş tikanlı məftillər Afrikadan, Yaxın Şərqdən və Asiyadan olan qeyri-leqal miqrantların qarşısını çətinliklə ala bilir. Odur ki, Makedoniya hökuməti bu gün daha təsirli üsuldan istifadə etmək məcburiyyətində qalıb. Belə ki, ölkənin ərazisinə keçmək cəhdi göstərən qaçqınlara və qastarbayterlərə (əmək miqrantları) qarşı gözyaşardıcı qazdan istifadə olunub! Bu xəbəri «Röyter» agentliyi yayıb.

Almaniyanın «dpa» agentliyinin məlumatına görə, güc strukturları işıq-səs qumbaralarından istifadə etmək məcburiyyətində qalıblar.

Miqrant kütlələri Macarıstana və digər Avropa İttifaqı ölkələrinə keçmək üçün onları ölkə ərazilərinə buraxmağı tələb ediblər. Münaqişə nəticəsində 5 nəfər xəsarət alıb. Hal-hazırda sərhəddə bir neçə yüz qaçqının olduğu bildirilir. Bu ərəfədə Makedoniya hökuməti ölkədə fövqəladə vəziyyət elan edib.

Bu yay Avropa İttifaqının sərhədində cəmləşən miqrantların sayı rekord həddə çatıb və hazırda 100 min nəfəri keçir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol