Xarici KİV-in yaydığı məlumata görə, Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan müsəlmanlar bu ölkənin prezidentliyinə namizəd, Viskonsin ştatının qubernatoru Skott Uokerdən üzr istəməyi tələb edirlər («Exo Moskvı»).
Xəbər verilir ki, Nyu-Kempşirdə seçicilərlə görüşü zamanı ABŞ prezidentliyinə respublikaçı namizədin müsəlmanlar haqqında söylədiyi fikir islamofob kimi dəyərləndirilib. Söhbət Uokerin səsləndirdiyi bu sözlərdən gedir ki, guya dünyada İslam dininin yalnız «bir ovuc» mötədil davamçısı var.
AzPolitika.info


Şərhlər