Menu

Rusiyanın Baş naziri bu gün Kurilə gedəcək

22.08.2015, 13:10
Rusiyanın Baş naziri bu gün Kurilə gedəcək

Rusiya KİV-nin yaydığı məlumata görə, Rusiya Federasiyası hökumətinin sədri Dmitri Medvedyev bu gün Kuril adalarına səfər edəcək («Exo Moskvı»).

Baş nazirin Uzaq Şərqə işgüzar səfəri davam edir. Onun İturup adasındakı aeroportla tanış olacağı gözlənilir. Bu aeroport bölgənin inkişafı proqramı çərçivəsində tikilib.

Hökumətin mətbuat xidmətindən əlavə ediblər ki, Rusiya hökumətinin başçısı «İturup» ümumrusiya gənclərinin təhsil Forumu iştirakçıları ilə də görüşəcək.

Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya Baş nazirinin Kuril adalarına gözlənilən səfəri Yaponiyada böyük narahatlıq doğurub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol