Menu

“Müsəlman qardaşları”nın liderinə ömürlük həbs cəzası verildi

22.08.2015, 17:56

Cairo_Egypt_190912Misir məhkəməsi “Müsəlman qardaşları” hərəkatının lideri Məhəmməd Bədiini polis məntəqəsinə hücum ittihamıyla ömürlük həbs cəzasına məhkum edib. Bədii və onun hərəkatdakı tərəfdarları 2013-cü ildə Port-Səiddəki polis məntəqəsinə hücumda təqsirli biliniblər.

SalamNews-un BBC-yə istinadla verdiyi xəbərə görə, Məhəmməd Bədii indiyədək iki dəfə edam və iki dəfə ömürlük həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, bu ilin aprel ayında Qahirə məhkəməsi Bədii və onun 13 tərəfdarını edam cəzasına məhkum edib. Onlar 2013-cü ilin yayında prezident Məhəmməd Mursinin hakimiyyətdən devrilməsindən sonrakı ilk aylarda iğtişaşları qızışdırmaqda günahkar biliniblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol