Menu

"Nəyin bahasına olursa olsun hasilatı artıracağıq" - İran

24.08.2015, 10:16

iran-oil-1Neft İranın neft hasilatını artıracağını təkrar etməsi və ABŞ-da neft axtarışlarının azalmaması ilə, 2009-cu ilin Mart ayından bu yana ilk dəfə 45 dollardan aşağı enib.

Bu gün Brent nefti 2.7 faiz düşüb. İranın neft naziri Bijan Namdar Zanganeh, nazirliyin informasiya saytında İranın bazar payını qorumaq üçün "nəyin bahasına olursa olsun" hasilatı artıracağını qeyd edib.

Cümə günkü Baker Hughes Inc.-ın açıqladığı məlumatlarına görə, ABŞ-da aktiv neft quyularının sayı son səkkiz həftənin yeddisində artıb.

Bu gün Brent neftinin qiyməti 2,8 faiz ucuzlşaraq 44.24 dollara qədər endikdən sonra 44.45 dollara gəlib. ABŞ xam nefti isə 3,6 faiz enərək 39,02 dollara düşüb. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol