Türkiyə və ABŞ hərbi-hava qüvvələrinin Suriyanın şimalında İŞİD terror qruplaşması üzvlərinə birgə zərbə endirməsi ilə bağlı razılıq əldə edib. Musavat.com-un məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Reuters” Agentliyinə müsahibəsində bildirib.
“Dünən texniki aspektlərə dair danışıqlar aparılıb. Tezliklə, İŞİD-ə qarşı kompleks əməliyyata başlayacağıq. Əməliyyata həmçinin, Səudiyyə Ərəbistanı, İordaniya, Qatar, Böyük Britaniya və Fransa da qoşula bilər” – deyib XİN başçısı.
Onun sözlərinə görə, zərbə məntəqəsi Suriyanın şimalı – Türkiyə ilə həmsərhəd ərazilər olacaq – harda ki, Ankara təhlükəsizlik zonası yaradılacağı haqda öncə bəyan eləmişdi.
Çavuşoğlu onu da əlavə edib ki, PKK-nin siyasi uzantısı olan HDP öz mövqeyini kardinal şəkildə dəyişməsə, İŞİD-dən azad edilmiş zonanın tərkib hissəsi olmayacaq. Nazirin dediyinə görə, Suriya kürdləri bütöv Suriya uğrunda döyüşürlər.


Şərhlər