Menu

Azərbaycan "risk zonası"na yaxınlaşır

24.08.2015, 18:59
Azərbaycan "risk zonası"na yaxınlaşır

Neft Çin dalğası ilə ucuzlaşır. Brent nefti 42 dollara düşdü.

Bu gün 6%-ə yaxın ucuzlaşan Brent nefti 42,77 dollara düşüb. Bu dəqiqələrdə də neftin ucuzlşaması davam edir.

ABŞ xam nefti isə 38.08 dollara düşüb.

Qeyd edək ki, Çin iqtisadiyyatının pisləşməsi səbəbindən ölkənin birjaları kəskin aşağı düşüb. Çinin təsiri ilə digər ölkələrin də birjaları aşağı düşür.

Qeyd edək ki, Çin dünyanın ən böyük neft alan ölkələrindən biridir.

"40 DOLLAR BİZİM ÜÇÜN QORXULU DEYİL"

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov qeyd edib ki, neftin qiymətinin 40 dollara qədər düşməsi Azərbaycan üçün riskli deyil:

"Əgər neftin qiymətində ciddi dəyişikliklər ola bilərsə risk yarana bilər. 40 dollar səviyyəsində Azərbaycanın tədiyyə balansı defisitli deyil, bizim üçün qorxulu deyil. Bu gün neft 59 dollaradır (15 İyun 2015-ci il tarixində deyib - Marja). Gördüyünüz kimi, biz o risk zonasından əhəmiyyətli dərəcədə uzağıq. Bu qiymətlər qalsa ilin sonunda Azərbaycanın tədiyə balansı profisitli olacaq”.

Göründüyü kimi, hazırda Azərbaycanı "risk zonas ilə" təxminən 2,8 dollar ayırır. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol