Menu

“Qarabağ” - “Young Boys” oyununa biletlərin qiymətləri açıqlandı

24.08.2015, 20:07
“Qarabağ” - “Young Boys” oyununa biletlərin qiymətləri açıqlandı

Avropa Liqasının play-off mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” (Azərbaycan) - “Young Boys” (İsveçrə) qarşılaşmasının biletləri sabah səhər saat 10:00-dan etibarən satışa çıxarılacaq.

Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiymətləri nömrəli sektorlarda 1-15 azn arasında dəyişir.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionunda kassalarından əldə edə bilərsiz.

Xatırladaq ki, oyun avqustun 27-də saat 21:00-da başlayacaq. İsveçrədə keçirilən ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol