Menu

İŞİD-in ən məşhur cəlladlarından biri öz sifətini göstərdi!

24.08.2015, 21:02
İŞİD-in ən məşhur cəlladlarından biri öz sifətini göstərdi!

Xarici KİV-in məlumatına görə, İŞİD ekstremist qruplaşmasının ən tanınmış cəlladlarından biri uzun müddətdir ki, gizlətdiyi sifətini açaraq, nümayiş etdirib («ExoMoskvı»).

Ayaması «Cihadi Con» olan bu Britaniya vətəndaşı vətənə qayıdacağını və burada terror aktları törədəcəyini vəd edir.

Cihadi Con girovların başının kəsilməsi səhnəsini əks etdirən «rolik»lərin nümayişi sayəsində məşhurlaşıb. Onun qurbanları əsasən, britaniyalıar və amerikalılardır. Bu «İslam radikalı»nın üzü hər zaman «örtülü» olsa da Britaniya xüsusi xidmət orqanları onun adını bilirmiş.

Bu ayama altında 27 yaşlı proqramçı Mohəmməd Emvazinin gizləndiyi bildirilir. Xəbər verilir ki, onun özü barədə danışdığı «rolik» sonradan Suriyalı üsyançıların əlinə keçib.

«Daily Mail»-in britaniyalı jurnalistləri hesab edirlər ki, həmin qısa «rolik» 2 ay əvvəl Suriyada - «İslam dövləti»nin nəzarəti altında olan əraziyə yaxın yerdə mobil telefona çəkilib.

«Rolik»də Cihadi Con xəbərdarlıq edir ki, tezliklə İŞİD  lideri ilə birlikdə Böyük Britaniyaya qayıdıb, terror aktları törədəcək.

Bildirək ki, Cihadi Con dünyada ən çox axtarılan cinayətkarlardan biridir. «Lenta.ru»-nun məlumatına görə, ABŞ hökuməti onun «başı»na 9 milyon dollardan artıq «qonorar» ayırıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol