Xarici KİV-in məlumatına görə, Şimali və Cənubi Koreya arasında əldə edilmiş razılaşmanın detalları məlum olub («Exo Moskvı»).
Məlumata görə, Seul sərhəddə qurulmuş təbliğat ötürücüsünün fəaliyyətinin dayandırılmasına razılıq verib. Bu barədə danışıqların nəticələri barədə qəbul olunmuş birgə bəyanatda söhbət açılır.
Şimali Koreya isə bunun əvəzində öz ordusunu tam döyüş vəziyyətinə gətirməkdən imtina edəcək.
Seul və Pxenyan arasındakı danışıqlar iki dövlətin sərhədində hökm sürən ciddi gərginlik fonunda keçib.
AzPolitika.info


Şərhlər