Beynəlxalq bazarlarda "Çin zəlzələsi" baş verir. Asiya, Avropa və ABŞ birjaları Çin səhmlərində baş verən qiymət enişinin sürətlənməsi və bu səbəbdən baş verəcək bir qlobal iqtisadi yavaşlama xofu ilə aşağı düşüb.
İnvestorların riskli aktivlərdən pullarını geri götürməsilə satış dalğası başlayıb.
Yaponiyadan İndoneziyaya qədər bir çox Asiya ölkəsinin birjaları aşağı düşüb.
Dünən Shanghai birjası 8.5 faiz, Yaponiya xaric Asiya Sakit Okean birjalarını izləyən MSCI indeksi 4.6 faiz, Tokio Nikkei indeksi 4 faiz geriləyib.
Avropa birjaları, Çin birjalarındakı kəskin enişin ardınca dünən 5%-dən çox geriləyib. Avropa şirkətlərinin bazar dəyərində təkcə dünən meydana gələn azalma 400 milyard avronu ötüb. Avropanın 300 böyük şirkətini izləyən FTSEurofirst 300 indeksi 5%-dən çox aşağı düşüb və indeksdə olan şirkətlərin bazar dəyərində itki 400 milyard avronu aşıb.
Dünən Dow Jones indeksi açılışdan sonra 6 faiz aşağı düşüb. S&P 500 indeksində də 4,9% azalma baş verib. /"Marja"


Şərhlər