Menu

​İranlı nazir terrorçu PKK-nın düşərgəsində - FOTO

25.08.2015, 11:11
​İranlı nazir terrorçu PKK-nın düşərgəsində - FOTO

Əbdülrza Rəhmani-Fəzli Kandildə çəkdirdiyi fotoları paylaşıb

İranın daxili işlər naziri Əbdülrza Rəhmani-Fəzli hərbi forma geyərək, İran-İraq sərhədində yerləşən Kandil dağına çıxıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

İranın şimal-qərbinə, Qərbi Azərbaycan əyalətinə gedən nazir hərbi forma geyərək, 3 min metrlik yüksəklikdə çəkdirdiyi fotoları "İnstagram" səhifəsində paylaşıb.

Fotodakı mülki geyimli isə mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan əyalətinin valisidir.

Qeyd edək ki, terrorçu PKK-nın təlim düşərgəsi və sığınacaq yerlərindən biri Kandil dağında yerləşir. Rəsmi mənbələr Türkiyəyə qarşı fəaliyyət göstərən 3 minə yaxın terrorçunun İraqda, o cümlədən Kandildə gizləndiyini açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol