Menu

İngiltərə səfiri müxalifət liderləri ilə görüşüb

25.08.2015, 14:46
İngiltərə səfiri müxalifət liderləri ilə görüşüb

Bu gün Böyük Britaniyanın Bakıdakı səfirliyində Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Maykl Tathamla müxalifət nümayəndələri arasında görüş keçirilib.

Görüşdə ölkəmizdə ictimai-siyasi vəziyyət, Qarabağ konfliktinin ədalətli həlli yolları, siyasi məhbuslar problemi, yaxınlaşan parlament seçkiləri və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Müsavat Partiyasının başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, “REAL” Vətəndaş Hərəkatının icra katibi Natiq Cəfərli və Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq iştirak ediblər.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol