Menu

Gəncədə qadın vəkil bıçaqlanıb

25.08.2015, 15:16

Bicaq1Gəncədə vəkil qadını bıçaqlayıblar.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün Gəncə Hüquq Məsləhətxanasında qeydə alınıb. Vəkillər Kollegiyasının üzvü, 1966-cı il təvəllüdlü Xatirə Cəbrayılova döş qəfəsindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib və hazırda əməliyyat olunur. Məlumata görə, qadını vəkillik etdiyi bir prosesdə qarşı tərəfin nümayəndəsi bıçaqlayıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol